Qocalar evində bayram tədbiri keçirilib

Qocalar evində bayram tədbiri keçirilib
Hər il olduğu kimi bu il də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 1 okytabr Beynəlxalq Ahıllar günü münasibətilə Bilgəh Qəsəbəsin də yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qocalar evində tədbir keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qocalar evində məskunlaşan əmək və müharibə əlilləri üçün nahar süfrəsi təşkil edilib, musiqi proqramı ilə görüş keçirilib.

Tədbirdə BŞGİBİ-nın rəis müavini Aydın Yusifov çıxış edib, dövlətimizin veteranlara, əlillərə olan diqqət və qayğısından danışıb, onlara sağlam həyat arzu edib. Nahar süfrəsindən sonra tanınan müğənnilər Bilal Əliyev, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Elza Seyidcahan, Kamil Vəzirovun və başqalarının ifasında musiqi dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə