Bakıda daha bir yol çöküb. Paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin bir hissəsində çökmə qeydə alınıb.
SİA-nın məlumatına görə, "Azəravtoyol" ASC-nin Mətbuat Katibinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: "Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib".
Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə "Azəravtoyol" ASC-nin və "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar:"Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq".
Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində ötən gün səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB