Şamaxıda dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri müəyyən olunub - FHN

Şamaxıda dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri müəyyən olunub - FHN

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri tərəfindən müəyyən olunub.

SİA-nın məlumatına görə, FHN-dən bildiriblər ki, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər. Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq kömək göstərmək üçün həmin yerə doğru hərəkət edirlər.

Qeyd edək ki, bu barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə