Bu gün ARB Cənubun Baş redaktoru, tanınmış jurnalist İsmayıl Cəfərlinin doğum günüdür. İsmayıl müəllim peşəkar televiziya işçisi kimi cənub bölgəsinin ictimai-siyasi, iqtisadi və mədəni həyatının, həmçinin Qarabağ şəhidlərinin döyüş yolunun işıqlandırılmasında yorulmaq bilmədən çalışır. Xüsusən də şəhidlərimizə həsr etdiyi televiziya proqramları, silsilə yazıları İsmayıl müəllimin vətənsevərliyindən xəbər verir. Onun günümüzlə səsləşən müəllif proqramları geniş tamaşıçı audoriyası tərəfindən səbirsizliklə gözlənilir və böyük maraqla baxılır. Bu verilişlərdə Ölkə başçısı cənab İlham Əliyevin prioritet elan etdiyi qeyri-neft sektorunda, xüsusən də aqrar sahədə baş verən canlanma, cənub regionunun ənənəvi əkin sahələrinin, çayçılığın, çəltikçiliyin, sitrusçuluğun və digər sahələrinin yenidən bərpası və inkişafı öz əksini tapmaqla insanların ürəyindən xəbər verir.
Bir sözlə, İsmayıl Cəfərli əsl peşəkardır. Sözün qədrini bilən, məsuliyyətini dərk edən jurnalistdir. Əsl vətənpərvərdir.
Bu gün doğum gününü qeyd edən peşəkar televiziya işçisi, həmkarımız İsmayıl Cəfərlini rəhbərlik etdiyim kollektiv adından ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, çətin və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!
Araz Yağubov,
“Yaşıl çay” jurnalının və “Yaşıl çay” MMC-nin rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB