“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” TƏDBİR - FOTOLAR

“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” TƏDBİR - FOTOLAR

Yardımlı rayonunda Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin konfrans zalında «Beynəlmiləlçi Əlil Döyüşçülər» fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda yığıncaq keçirib. SİA xəbər verir ki, layihənin direktoru, “Beynəlmiləlçi Əlil Döyüşçülər” fondunun prezidenti Sərraf Oruc yığıncağı açarkən iştirakçılardan ölkəmizin dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbiçi və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib.

O, həyata keçirilən layihə və mərkəzin yaradılması haqqında məlumat verib, şəhid ailələri və müharibə əlillərinin sığorta pul vəsaitlərinin almaları və müalicəsi məsələlərindən danışıb, əlilliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin vaxtı və digər məsələlər barədə məlumat almaq üçün yaradılmış "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidməti barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Rayon icra hakimiyyətinin şöbə müdir Əfsanə Məmmədova çıxış edərək bildirib ki, 65 min əhalisi olan rayonda 87 şəhid ailəsi, 4 nəfər Çernobıl əlili, 40 nəfər Qarabağ müharibəsi əlili və 156 nəfər müharibə veteranı var. Onlardan 3 nəfəri Əfqanstanda həlak olub, 5 nəfəri isə ölümündən sonra Azərbaycanin Milli Qəhrəmanı adına layiq görülüb.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov şəhid ailələri, müharibə əlilləri, veteranlara və hərbi qulluqçulara göstərilən tibbi xidmətdən və ehtiyacı olanların xarici ölkələrdə müalicə olunmaları haqqında ətraflı məlumat verib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti, baş leytenant İlqar Qurbanov, Dövlət Sığorta Kommersiya Şirkətinin Yardımlı rayon şöbəsinin müdiri İlham Heydərov, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Hüseyn Vəliyev, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi rayon şöbəsinin sədr müavini Nicat Alışov çıxış edərək rayonda şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqət və qayğıdan danışiblar.

Layihənin hüquqşunası İlham Əhmədov tibbi-sosial məsələlər və sığorta pul vəsaitləri üçün yaradılan elektron xidmətindən istifadə qaydası barədə məlumat verib.

Yığıncaqda şəhid ailələri və müharibə əlillərinə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” haqqında maarifləndirmə kitabları paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə