Zahid Oruc: "Uşaqları hicaba bürümək düzgün deyil"

“Azərbaycanın Avropa Şurası ilə münasibətləri 16 ildir ki, davam edir. Lakin son olaraq bu qurumun rəhbərliyi Azərbaycana qarşı atddığı addımlar kəskin şəkildə pislənir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahir Oruc parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat çıxışı zamanı Azərbaycanda Aşura mərasimləri zamanı qançıxarma hərəkətlərinə etiraz edib: “Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə dini etiqad azadlığı mövcuddur: “Bu, yaxşı bir haldır. Ancaq qançıxarma hərəkətləri düzgün deyil. Aşura mərasimləri zamanı uşaqları hicaba bürümək düzgün deyil. Dinin mahiyyətini anlamayan uşaqların hicaba bürünməsi yolverilməzdir. Əlbəttə, bu məsələni inzibati yolla həll etmək olmaz, bunu məsələni təhsillə, maarrifləndirməklə həll etməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə