Qəbulda qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb

Qəbulda qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb

Daşkəsəndə keçirilən görüşdə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonları və Gəncə şəhərindən olan 40-a yaxın vətəndaşı qəbul edib. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdəətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib və müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə