“Lütfi Zadə Azərbaycan xalqının dəyərli oğludur. Onun şəxsiyyəti və onun həyatı Azərbaycan xalqının bir daha dəyərli oğullar yetişdirdiyini sübut edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Lütfi Zadə öz vəsiyyəti ilə Azərbaycan xalqına bağlı olduğunu bir daha sübut etdi: “Azərbaycana 2008- ci ildə gələn Lütfi Zadə Azərbaycanın böyük inkişaf etdiyini və Azərbaycanın parlaq gələcəyin gözlədiyini söyləmişdi.
Lütfi Zadə tək Azərbaycanda deyil, dünya elminin çox parlaq simalarındandır. Onun qeyri-səlis məntiq nəzəriyyəsi informasiyalar texnologiyaları sahəsində inqilab etməyə və bir çox indi istifadə olunan avadanlıqların, aparatların buraxılmasına səbəb oldu. Lütfi Zadənin həyatı indiki gənclər üçün nümunə və parlaq dərs olmalıdır. Lütfi Zadə nümunəsi gənclərə həyatda öz yerini tutmağa və ən əsası isə özünü həm xalqın, həm də bəşəriyyətin, vətəndaşı kimi yaşamağın mümkünlüyünü göstərdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB