Yevlaxda silsilə tədbirlərə start verildi “YAP 25 il uğurla”

Yevlaxda silsilə tədbirlərə start verildi “YAP 25 il uğurla”

YAP Yevlax rayon Təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə “25 illik uğur”un sosial mediada təbliği" adlı tədbir keçirilib. Keçirilən tədbir YAP–nın cəmiyyətimiz üçün gördüyü işlərin, əldə etdiyi uğurların sosial mediada təbliği ilə bu istiqamətdə gəclərin həyata keçirəcəyi işə həsr olunub. Rayonun bütün idarə və müəssisələrindən ibarət gənclərlə diskussiya şəklində keçən tədbirdə sosial şəbəkələrin rolundan bəhs olundu. Görülən işi cəmiyyət arasında təbliğ etmək çox önəmlidir.

SİA-ya verilən məlumata görə, tədbirdə iştirak edən YAP Yevlax rayon təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının Yaranmasının 25 illik yubileyi münasibəti ilə Yevlax şəhərində tədbirlər planına uyğun olaraq bir sıra təbirlər keçiriləcək: “Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan Respublikasının yaranmasında və formalaşmasında keçdiyi 25 illik uğurlu yol həqiqətlər və faktlarla göstərilən şanlı bir tarixdir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə qurub yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə ən böyük inkişaf mərhələsini yaşayır. Ölkəmizin həyatında bu 25 ildə baş verən bütün hadisələrdə Yeni Azərbaycan Partiyasının özünəməxsus imzası xüsusi mövqeyi vardır. O, gənclərə tövsiyə etdi ki, sosial şəbəkələrdə və sosial mediada fəal iştirak etsinlər, bu həqiqətləri lazımınca təbliğ etsinlər. Dövlətimizə dövlətçiliyimizə qarşı çıxmaq istəyənlərlə virtual aləmdə də mübarizə aparsınlar. Bu işdə gənclər müxtəlif dövlət və qeyri dövlət sahələrində çalışsalar da birlik olmalıdırlar”.

Sonra çıxış edən gənclər Kür qəzetinin əməkdaşı Afaq Bayramova , Yevlax şəhər İcra Hakimiyyətinin İnformasiya sektorunun müdiri Ramin Qələndərov, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Etibar Məmmədov və başqaları çıxış edərək qeyd olunan məsələlərə öz münasibətlərini bildirdilər.

Tədbirin sonunda bir neçə təşkilatın rəsmi səhifələrinin yaradılmasına, və gənclərin bu istiqamətdə fəaliyyətinə əyani praktiki köməklik göstərildi.

Bütün xəbərlər Facebook səhifəmizdə