Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət naziri cənab Özdəmir Berovanın başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi xanım Üfüq Turganer ARNK yanında Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ədəbiyyatının və dilinin Kipr universitetlərində tədrisi, Mərkəzin Azərbaycanın tarixi, qədim mədəniyyəti, Qarabağ hadisələri ilə bağlı 10 dildə yayımladığı “Azərbaycan həqiqətləri”nin kütləvi yayımı məsələləri müzakirə olunub.
Görüşün sonunda Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət nazirliyi tərəfindən Mərkəzin direktoru Afaq Məsuda xatirə hədiyyəsi təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB