Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edib

Fövqəladə Hallar Naziri (FHN) Kəmaləddin Heydərov Samux rayonunda vətəndaşları qəbul edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qəbulda Samux rayonu və Gəncə şəhəri ilə yanaşı ətraf rayonların əhalisi də iştirak edib. Nazirin qəbulunda vətəndaşların bir sıra təklifləri, üzləşdiyi çətinliklər dinlənilib. Müraciətlər əsasən sözügedən nazirliyin müəyyən şöbələrində işə qəbul, bu sahədə vaxtı ilə çalışmış şəxslərin təqaüd məsələləri eləcə də, qeydə alınan çətinliklərlə bağlı olub.

Nazir Kəmaləddin Heydərov tərəfindən vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həllini tapıb, nazirliyə aidiyatı olmayan məsələlər isə aid qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə