Pənah Hüseyn: “Müsavatın MSK-ya nümayəndələr təyin etməsi barədə məsələ MM-in gündəliyinə salınsın” - MÖVQE

Pənah Hüseyn: “Müsavatın MSK-ya nümayəndələr təyin etməsi barədə məsələ MM-in gündəliyinə salınsın” - MÖVQE
Milli Məclisin (MM) bugünkü iclasında millət vəkili Pənah Hüseyn Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasında (MSK) ona ayrılmış yerlərə nümayəndələr təyin etməsi barədə çıxış edib. SİA-nın məlumatına görə, deputat məsələnin parlamentin iclasının gündəliyinə salınmasını istəyib.

Millət vəkilinin istəyinə cavab verən spiker Oqtay Əsədov isə ona cavab olaraq: "Üç ildir xahiş edirik ki, Müsavat Partiyası nümayəndələrini göndərsin. Namizəd vermisiniz, baxarıq", - deyə o qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyasının seçki komissiyalarında bu partiya üçün ayrılmış yerlərə nümayəndələr təyin etməklə bağlı sənədləri Milli Məclisə təqdim edilib. Təqdim olunan sənədlərə MM sədri Oqtay Əsədovun adına müraciət və Müsavat Partiyası Divanının bugünkü iclasının protokolu daxildir.

Millət vəkili Pənah Hüseyn həmçinin bir neçə gün bundan əvvəl xalq artsti Faiq Ağayevlə bağlı hadisəyə də toxunub. O həmin hadisəni tödənlərin valideynlərinin ona müraciət etdiyini də vurğulayıb.

İclas davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə