Komitə sədri: "Qadınlarımızın dini bilik səviyyəsi çox aşağıdır"

Komitə sədri: "Qadınlarımızın dini bilik səviyyəsi çox aşağıdır"

"Əfsuslar olsun ki, bu gün qadınlarımız "məscid" dedikdə dəfni, "qara paltar" dedikdə din başa düşürlər. Qadınlarımızın dini bilik səviyyəsi çox aşağıdır". SİA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.

Komitə sdəri bildirib ki, qadınların dini maarifləndirilməsi istiqamətində komitədə xüsusi şöbə yaradılıb: "Belə ki, qadınların dini bilik səviyyəsinin yüksəldilməsi üçün qadın sahəsi üzrə məşğul olan QHT-lər fəaliyyətlərinin koordinasiya edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinidə yaradılan xüsusi şöbəyə müraciət edə bilərlər. Ümumiyyətlə, bu məqsədlə QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə layihələrin həyata keçirilməsi də vacibdir. Çünki, qadın uşaq tərbiyə edir və onun bilik səviyyəsinin yüksəldilməsi cəmiyyətimiz üçün mühümdür".

M.Qurbanlı əlavə edib ki, bundan sonra mollalara imam deyə müraciət edilməlidir: "Artıq molla sözündən istifadə edilməsin, mollaların hamısı imam adlandırılacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə