Mübariz Qurbanlı: "Məhərrəm ayında qanun pozuntusuna rast gəlinməyib" SƏS TV

Mübariz Qurbanlı: "Məhərrəm ayında qanun pozuntusuna rast gəlinməyib" SƏS TV

"Məhərrəm ayı başladıqdan sonra bu ayla bağlı hər hansı qanun pozuntusuna rast gəlinməyib". SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Məhərrəm ayı ərzində hər hansı insidentin baş verməyəcəyinə əmim olduğunu deyən komitə sədri qeyd edib ki, Məhərrəm ayının Azərbaycan qanunlarına uyğun olaraq nəzərdə tutulan qaydalarla keçirilməsi ilə bağlı müvafiq işlər görülür: "QMİ-nin fətvasına uyğun keçirilməsi üçün lazımi tədbirlər görür. Əminəm ki, hər hansı bir insident baş verməyəcək və vətəndaşlarımız imam Hüseyn əzadarlığını dinimiz və qayda-qanunlarımız çərçivəsində həyata keçirə biləcəklər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə