Vəkillər Kollegiyasının sədri vəzifəsindən azad olundu FOTO

Vəkillər Kollegiyasının sədri vəzifəsindən azad olundu FOTO

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Azər Tağıyev vəzifəsindən azad olunub. SİA xəbər verir ki, bu barədə VK-nın Rəyasət Heyətindən məlumat verilib.

Belə ki, dünən Kollegiyanın Rəyasət Heyətinin iclası keçirilib. İclasda A.Tağıyevin Rəyasət Heyətinə ünvanladığı müraciətə baxılıb. A.Tağıyev müraciətində səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib. O, səhhəti ilə bağlı iclasda iştirak etməyib. Müraciətinə baxılıb və A.Tağıyev VK-nın Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunub.

Yeni sədr seçilənə qədər onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.

A.Tağıyevin beş illik səlahiyyət müddəti bu ilin dekabr ayında bitəcəkdi.

Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə