“Savab Dünyası” başa çatdı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin idarə və müəssisələrində talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə keçirdiyi qanvermə aksiyaları başa çatıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə ARDNŞ-nin birgə hazırladığı qrafikə uyğun təşkil olunan bu aksiyalarda İstehsalat Birliyində çalışan 1300 nəfərə yaxın neftçi donor iştirak edib.

Qeyd edək ki, İstehsalat Birliyinin bütün müəssisələrində kampaniyanın mütəşəkkil keçirilməsi üçün bütün təşkilatı işlər görülüb, aksiyalar müvafiq qaydalara tam uyğun aparılıb.

Xatırladaq ki, ARDNŞ "Savab Dünyası" Talassemiya Assosiayasının təşəbbüsünə qoşularaq talassemiyalı uşaqlara yardım məqsədilə keçiriləcək könüllü qanvermə kampaniyasına sentyabrın 6-dan start verib. Ötən il 6 ay ərzində keçirilmiş könüllü anoloji kampaniyaya 3000-dən çox neftçi qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə