Xəzər rayonunda İslam Həmrəyliyi ili ilə bağlı tədbir keçirilib

Xəzər rayonunda İslam Həmrəyliyi ili ilə bağlı tədbir keçirilib

Bu gün Xəzər rayon İcra Hakimiyyətində İslam Həmrəyliyi və Dini ayinlərin keçirilməsi qaydaları mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Şünasi Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Axund Hacı Əlizadə Soltan, Rayon Hüquq Mühafizə Orqanlarının nümayəndələri, rayonun qəsəbələrindən ağsaqqallar və din xadimləri iştirak edib.

Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Dövlət Təhlükəsizlik Xidmətinin Xəzər rayon şöbəsinin rəisi Asif Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Şünasi Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Axund Hacı Əlizadə Soltan çıxış edib.

Çıxış edənlər 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunduğunu, bununla əlaqədar həyata keçirilən dövlət tədbirlər barəsində, dini adət-ənənələr barəsində, həyata keçirilən dini mərasimlərin o cümlədən Məhərrəm ayında, eləcədə Aşura günü ayinlərin keçirilməsi qaydaları haqqında məlumat veriblər. İndiki zamanda dini radikalizmin ümumilikdə ciddi təhlükə olduğu qeyd olunaraq buna qarşı mübarizə aparılmasının vacibliyi qeyd olunub.

Daha sonra nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində qəsəbə ağsaqqalarının, din xadimlərinin və ictimaiyətin rolu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə