"Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1 ilə 2 arasında dəyişir (maksimum 9 olur). Lakin, 27-28 sentyabr tarixlərində bu indeks artacaq. Bu tarixlərdə geomaqnit həyəcanlaşması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir)". Bunu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.
O bildirib ki geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq: "Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda plazma küləyini sürəti 315 km/saniyə-dir, lakin 27-28 sentyabr tarixlərində bu sürət kifayət qədər artacaq. Bu gün atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB