Dünya Turizm Günü və Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və turizm sektorunda çalışanlar sentyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri qoyublar.
SİA xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunaraq məzarı üzərinə gül dəstələri düzülüb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə “Turizm işçiləri günü” kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB