“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb. Belə ki, hazırda “Instagram” sosial şəbəkəsinə hər ay 800 milyondan çox insan daxil olur, xidmətin gündəlik auditoriyası isə 500 milyonu ötüb.
Bu haqda sentyabrın 25-də keçirilmiş “Advertising Week” tədbirində “Facebook”un marketinq həlləri üzrə vitse-prezidenti Kerolin Everson məlumat verib. Şirkətin mətbuat xidməti bu informasiyanı təsdiq edib.
“Instagram” 5 ay ərzində öz auditoriyasını 100 milyon artırıb.
Həmçinin “Instagram”ın mətbuat xidmətindən bildirilib ki, xidmətdə aktiv elan verənlərin sayı 2 milyonu ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB