Prezident onları təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə, Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə, Abdullayev Davud Bəxtiyar oğlu və Rəhimova Fəzilə Vaqif qızına “Əməkdar artist” fəxri adı verilib.

***

Dövlət başçısının növbəti sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

***

Digər sərəncama əsasən, Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qılıncov Bəxtiyar Vaqif oğlu

“Tərəqqi” medalı ilə

Ağakərimov Müzəffər Mehdi oğlu

Əliyev Zakir Haşım oğlu

Qədəşov Tahir Ərziman oğlu

Yusufov Rüfət Teymur oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə