ATV-nin yeni rəhbəri kimdir?

ATV telekanalının yeni rəhbəri Azər Xəlilov təyinatı ilə bağlı məsələyə münasibət bildirib. SİA-nın xəbərinə görə, əməkdar jurnalist A.Xəlilov yeni vəzifəyə ATV təsisçilərinin qərarı ilə təyin olunduğunu deyib: “Təsisçilərin qərarı ilə bu vəzifəyə təyin edilmişəm”.

Xatırladaq ki, A.Xəlillov Bakı şəhərində anadan olub. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. 2001-ci ildən etibarən uzun müddət “BBC Azərbaycan”da çalışıb. 2012-ci ildə “ATV İnternational” televiziyasına rəhbərlik edib. 2013-cü ildən etibarən “CBC” telekanalının baş direktoru kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 20 iyul 2015-ci ildə imzaladığı “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə