Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN-dən SİA-ya verilən məlumata görə, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 17-20° isti, gündüz 22-26° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 26-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən mülayim xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB