Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 29-da saat 11.00-dan Samux şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Vətəndaşların qeydiyyatı Samux şəhərindəki Heydər Əliyev Mərkəzində sentyabrın 28-də saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB