“1 oktyabr- Beynəlxalq Ahıllar günü” münasibətilə bayram tədbiri keçiriləcək
30 sentyabr 2010-cu il tarixdə Bilgəh qəsəbəsində yerləşən Qocalar evində "1 oktyabr- Beynəlxalq Ahıllar günü" münasibətilə bayram tədbiri keçiriləcək. Bu barədə SİA-ya Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirin keçirilməsində əsas məqsəd ahıllara dövlət qayğısının artırılması, onların cəmiyyətdə gedən inkişaf proseslərində iştirak etmələrinə şərait yaratmaq, həyat təcrübələrindən, bilik və bacarıqlarından bəhrələnmək, həmçinin beynəlxalq ahıllar gününü geniş şəkildə qeyd etməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB