Azərbaycan prezidenti İlham Əliyev meksikalı həmkarı Enrike Penya Nyetoya başsağlığı verib. Dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB