“ASAN ödəniş” sisteminin fəaliyyətində fasilə yaranacaq XƏBƏRDARLIQ

“ASAN ödəniş” sisteminin fəaliyyətində fasilə yaranacaq XƏBƏRDARLIQ

“ASAN ödəniş” sistemi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 20 – 21 sentyabr 2017-ci il tarixlərində sistemin fəaliyyətində müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA-ya Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, qeyd olunan müddət ərzində “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları, www.asanpay.az portalı üzərindən ödənişləri həyata keçirmək mümkün olmayacaq. Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu istiqamətdə fəaliyyət tam təmin ediləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə