Türk Millətinin Xidmətçilərinin mükafatlandırma mərasimi keçirilib

Türk Millətinin Xidmətçilərinin mükafatlandırma mərasimi keçirilib
Yeni Nəsil Azərbaycan Gəncliyi İctimai Birliyi "Türk Millətinin Xidmətçilərinin" mükafatlandırma mərasimini keçirib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkilləri Fuad Muradov, Qənirə Paşayeva, Nizami Cəfərov, TUSİAB-ın sədri Yavuz Kələş və digər rəsmi şəxslər iştirak ediblər. İlk olaraq tədbirdə ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və türk milləti uğrunda həlak olmuşların ruhları bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca tədbir iştirakçıları üçün "Türklər" adli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Nəsil Azərbaycan Gəncliyi İctimai Birliyinin sədri Ruslan Rzayev bildirib ki, artıq ikinci dəfədir ictimai birlik belə bir tədbir təşkil edir. O türk dövlətlərinin birləşməsinin gecikdiyini də vurğulayıb. Onun sözlərinə görə, türk dövlətlərinin oxşar problemləri və yaşadıqları məkan onların birləşmələrinə şərait yaradır. Ruslan Rzayev əlavə edib ki, bu birliyin yaranmasına mane olmağa çalışanlar Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" və Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" siyasi xəttinə xəyanət etmiş olurlar.
Ardınca Azərbaycan gəncliyinin inkişafında göstərdikləri xidmətlərə görə millət vəkili Fuad Muradov (ARGTMŞ), Ceyhun Osmanlı (İrəli İB), Vüsalə Hüseynova (DİGİB), millət vəkili Rövşən Rzayev, Azər Babayev də xüsusi diplomla, Azərbaycan gəncliyinin Türk Dünyası gəncliyinə verdikləri töhfəyə görə, millət vəkili Əkrəm Abdullayev, TürkPA-nın baş katibi Ramin Həsənli, QHT-lərdən Anar Xəlilov (SİMİB), Əkbər Qoşalı (TDYİB), Emin Həsənli, Çingiz Bayramov (TÜMİB), Əhməd Tecim (GYF), "Türküstan" qəzeti, Xanəmir Telmanoğlu, Kərəm Məmmədov, Səftər Rəhimli, Vaqif Bayatlı, Ağalar Məmmədov, Razim Əliyev, Şəmistan Nəzirli layiq görülüblər.
Xatırladaq ki, "Türk Millətinin Xidmətçisi" ödülünə Azərbaycandan millət vəkilləri Əli Hüseynov, Qənirə Paşayeva, Nizami Cəfərov və Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, Türkiyə tərəfindən isə, millət vəkilləri Mustafa Kabakçı, Atilla Kaya, Kürşat Tüzmən, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Hulusi Kılıç, KKTC-dən Serdar Denktaş, Azərbaycandakı türk iş adamı Yavuz Kələş, araşdırmacı-yazar Səlcuk Düzgün, Şəmistan Əlizamanlı, Orxan Qazıgil, İTV-nin baş direktoru İsmayıl Ömərov, TRT-dən Muhsin Yıldırım layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə