Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professor-müəllim heyəti, tanınmış media nümayəndələri və fakültənin I kurs tələbələri 15 sentyabr - Bilik günü münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.

Universitetdən AZƏRTAC-a verilən məlumata görə, jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev bildirib ki, BDU-nun jurnalistika fakültəsi gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, Azərbaycanda ictimai-siyasi mühitin formalaşmasında, vətənpərvərliyin təbliğində, eləcə də ölkəmizin dünyada tanıdılması işində əhəmiyyətli rol oynayıb.

Tədbirdə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək tələbələrə təhsil və yaradıcılıq sahəsində müvəffəqiyyət arzu ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə