Elmi məzuniyyətlər yaradıcılıq məzuniyyəti ilə əvəzlənəcək?

Elmi məzuniyyətlər yaradıcılıq məzuniyyəti ilə əvəzlənəcək?

Azərbaycanda dövlət qulluqçularına verilən elmi məzuniyyətlər yaradıcılıq məzuniyyəti ilə əvəzlənir. SİA-nın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 19-cu maddəsinə (Dövlət qulluqçusunun əsas hüquqları) dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, dövlət qulluqçusuna verilən məzuniyyətlər sırasında elmi məzuniyyət ləğv edilərək, yaradıcılıq məzuniyyəti ilə əvəzlənir.

Layihə Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə