Azərbaycanda doğulan körpələrin çoxu oğlandır

Azərbaycanda doğulan körpələrin çoxu oğlandır

Bu ilin yeddi ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82 min 380 doğulan körpə qeydə alınıb. SİA-nın məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib.

Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarından ibarət olub.

Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə