Aqil Acalov: “15 sentyabrda Şaumyan və onun quldur dəstəsi layiqli cavablarını aldılar”

Aqil Acalov: “15 sentyabrda Şaumyan və onun quldur dəstəsi layiqli cavablarını aldılar”

“15 sentyabrda “Böyük Ermənistan” ideologiyası iflasa uğradı”. Bu sözləri SİA-ya Azərbaycan Alpaqut Federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, tanınmış ictimai fəal Aqil Acalov 15 sentyabr hadisələri ilə bağlı fikirlərini bölüşərkən deyib.

A.Acalov bildirib ki, məhz Azərbaycanın ən çətin zamanında Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsi, yerli özünü müdafiə dəstələri ilə birgə hərəkət etməsi erməni-rus-ingilis birliyinin ortaq planlarını alt-üst etdi: “Ən əsası qondarma “Böyük Ermənistan” ideologiyası iflasa uğradı. Qafqaz islam Ordusu tərəfindən Şaumyan və onun quldur, qaniçən dəstəsi layiqli cavablarını aldılar. Onların arzuları puç oldu.”

A.Acalov əlavə edib ki, bu hadisənin üzərindən yüzillər keçsə belə, gələcək nəsillər Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı və onun qəhrəman siladaşlarının xidmətlərini unutmayacaq və şəhidlərimizi hörmətlə anacaqlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə