Son günlər havada rütubətin miqdarının çox olma səbəbləri AÇIQLANDI
Payızın gəlməsinə bir neçə gün qaldı. Amma buna baxmayaraq hələ də isti hava şəraiti davam etməkdədir. Bəziləri belə havanın yaxşı olduğunu desələr də, sentyabr ayının iqlim normasına diqqət etsək bu halın heç də normal olmadığını görərik. Bəs görəsən hazırki hava temperaturu iqlim normasından nə qədər artıqdır?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 3-4 dərəcə yüksəkdir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 30-35 dərəcə isti müşahidə olunur. Bu hava şəraiti yaxın 2-3 gün ərzində də davam edəcək. Sentyabr ayında belə temperaturun müşahidə edilməsi normal olsa da, rütubətin miqdarının normadan bir qədər çox olması havada istilik effektini artırır. Son bir neçə gün ərzində, əsasən, gündüz saatlarında rütubətli hava şəraiti müşahidə edilir. Gündüz havada rütubətin miqdarı 70-80 faiz, axşam isə 40-50 faiz olub. Havada rütubətin miqdarının çox olması isə Xəzərdən əsən çənub-şərq küləyinin üstünlük təşkil etməsi ilə bağlı olur".
Baş hidroloq vurğulayıb ki, belə hava şəraiti əvvəlki illərdə də müşahidə edilib: "2002, 2003, 2007, 2010 və 2012-ci ildə, eləcə də ötən il sentyabrın hazırkı dövründə Bakıda rütubətli hava şəraiti qeydə alınıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB