Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İB layihəyə yekun vurdu FOTOLAR
Bu gün Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış Ictimai Şuranın üzvü Rövşən Ağamalıyev tədbirə başlamazdan öncə tədbir iştirakçılarından Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Daha sonra Rövşən Ağamalıyev çıxış edərək həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir.
Amma çöx təssüflər olsun ki, bütün bunlara baxmayaraq şəhid ailələri, müharibə veteranları və əlillərin bir sıra problemləri hələ də qalmaqdadır: "Təşkilatımıza edilən müraciətlər əsasında onu demək olar ki, bugün şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılmağına baxmayaraq hələ də bu təbəqədən olan insanların mənzil, təhsil və digər sosial problemləri var. Sözügedən təbəqəyə aid olanlar mənzil almaları üçün lazım olan sənədlərin toplanması və siyahıya düşmək üçün hansı aidiyyatı quruma müraciət etməli olduğunu bilmir. Təhsil və digər sosial problemlər qarşısında aciz qalıblar”. Buna görədə həyata keçirilən layihə çərçivəsində SOSİALXƏBƏR.AZ saytında şəhid ailələri, müharibə veteranları və bu təbəqədən olan vətəndaşlarımızın maarifləndirilməsi məqsədi ilə xüsusi bölmə yaradılıb. O bölmədə sözügedən təbəqəyə aid olan bütün hüquqi-normativ sənədlər yerləşdirilib. Həmçinin qaynar xətt də fəaliyyət göstərir ki, bu qaynar xətt vasitəsi ilə istənilən şəxs müracit edə və qarşılaşdığı problemlərlə bağlı ətraflı məlumat ala bilərlər.
Daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov həyata keçirilən layihə haqqında çıxış edərək qeyd edib ki, bu gün başda şəhid ailələri olmaqla, müharibə veteranları, əlilləri sosial problemlərinin həlli ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən dövlətin daim diqqət mərkəzindədədir.
Cəlil Xəlilov xususi ilə vurğulayıb, ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb: “Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial proqram Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına daimi diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Xüsusən də, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı həmin şəxslərin yeni mənzillərlə təminatında mühüm addımların atılmasına imkan yaradıb”.
Cəlil Xəlilov çıxışının sonunda, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsini müsbət qiymətləndirərək qeyd etdi ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da başda şəhid ailələri olmaqla, müharibə veteranları, müharibə əlillərinin və silahlı qüvvələr veteranlarının tibbi-sosial məsələlərinin həlli istiqamətində fəaliyyət göstərərək onlardan əlimizdən gələn köməkliyi əsirgəməmişik, bundan sonrada Respublika Veteranlar Təkilatı tərəfindən bu diqqət-qayğı bundan sonrada davam etdiriləcəkdir.
Sonra, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti Sərraf Oruc həyata keçirilən layihənin mövzusu haqında Ülu öndər Heydər Əliyevin kəlamı ilə baçlayaraq qeyd edib ki, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir.
Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Ülu öndər Heydər Əliyev müvafiq Fərman və Sərəncamlar imzalamışdı. Bu gündə bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanaraq davam etdirilir.
Lakin çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Buna görə də çox vaxt aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqının sədri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şurasının sədr müavini Davud Rəhimli, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədri Soltan Əzimov, Azərbaycan Milli Qəhrəmanlarının Tanıtma İçtimai Birliyinin sədri Elşən Uluxanlı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri ehtiyatda olan polkovnik Lətif Babayev, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Baş müşaviri ehtiyatda olan polkovnik Elşad Şabanov ehtiyatda olan polkovnik-lenytenat İbrahim Ağacanov, ehtiyatda olan polkovnik-lenytenat Cabir Kazımov və başqaları çıxış edərək həyata keçirilən “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsini və layihə çərçivəsində şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə istiqamətində keçirilmiş tədbirləri müsbət dəyəndərdiriblər.
Çıxış edən müharibə veteranları dövlət başçısının veteranların sosial problemlərinin həlli ilə bağlı verdiyi sərəncamların, qərarların hər kəsin ürəyincə və zamanın tələbinə uyğun olduğunu bildiriblər.
Lyihənin rəhbəri, Rövşən Ağamalıyev və tədbirdə iştirak edən digər qonaqlar belə bir mühüm əhəmiyyətli layiyəyə dəstək verdiyi üçün ilk öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və layihəyə dəstək verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icra edən, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynova və təkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilova öz təşəkkürlərini bildiriblər.
Daha sonra tədbir şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə istiqamətində ətrafında maraqlı diskussiyalarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB