"AtaTravel" "Baku Travel Bazaar 2017" tədbirində iştirak etdi FOTO

"AtaTravel" "Baku Travel Bazaar 2017" tədbirində iştirak etdi FOTO

"AtaTravel" MMC "Baku Travel Bazaar" tədbirində iştirak edib. Tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək, daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir. "AtaTravel" MMC-nin tur operatoru Rəvan Əhmədov tədbirlə bağlı bildirib ki, tədbirdə "Raffles Seychelles", "Consul Travel Service", "Conrad İstanbul Bosphorus", "Gural Premier Hotels & Resorts", "Megeve Tourism", The Ritz-Carlton Dubai" və digər şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə