Səttar Möhbalıyev: "Məqsədimiz azərbaycanlıların əmək hüquqlarını qorumaqdır"
Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları konfederasiyaları arasında çox sıx və səmərəli əməkdaşlıq var. Hər iki təşkilat beynəlxalq arenada da səmərəli əməkdaşlıq edir, prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu sözləri açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Bu gün Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə iştirakı ilə regionda Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox mühüm layihələr həyata keçirilir. Eyni zamanda, TAP və TANAP kimi layihələrimiz var. Bu layihələr bizim iqtisadi inkişafımızda, regionda və dünyada nüfuzumuzun artmasında, mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayır. Bütün bu layihələrin reallaşmasında türk və gürcü vətəndaşlarla yanaşı, azərbaycanlılar da iştirak edirlər. Məqsədimiz harada yaşamalarından asılı olmayaraq azərbaycanlıların əmək hüquqlarını qorumaqdır. Bəzi təşkilatlarda yerli həmkarlar təşkilatlarının yaradılması barədə təkliflər də almışıq. Bununla əlaqədar Gürcüstan HİK ilə məsləhətləşmələr aparırıq, müxtəlif razılaşmalarımız var”, - deyə S.Möhbalıyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB