Kral VI Mohammed: "Tolerantlığa verdiyiniz dəstəyi yüksək qiymətləndirirəm"

Kral VI Mohammed: "Tolerantlığa verdiyiniz dəstəyi yüksək qiymətləndirirəm"

Azərbaycan ilə Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Kral VI Mohammed Prezident İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, Kral Mərakeş və Azərbaycan xalqları arasındakı əməkdaşlığa və qardaşlıq münasibətlərinə böyük dəyər verdiyini bildirir: “Mən, həmçinin ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında ümumi maraq doğuran bütün məsələlər üzrə məsləhətləşmələrimizdən və razılaşdırılmış tədbirlərimizdən də çox razıyam.

Bu baxımdan, Zati-aliləri, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmək barədə təşəbbüsünüz İslam dininə, tolerantlıq və bərabərhüquqlu dəyərlərə açıq-aydın dəstək verdiyinizi nümayiş etdirir və bunu yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm”.

Kral VI Mohammed xalqlarımızın istəklərinə nail olmaları, daha xoş və təhlükəsiz gələcəkləri, sülh və sabitlik, inkişaf, tərəqqi, birlik və həmrəylik içində yaşamaları üçün Prezident İlham Əliyevlə bütün sahələrdə əməkdaşlığı gücləndirməkdə çox maraqlı olduğunu vurğulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə