Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin “Təhsilə müasir psixoloji yanaşmalar” kitabı nəşr olunub. Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan nəşr 11 fəsildən ibarətdir. Kitabda müəllif əsasən təhsilin aktual pedaqoji, psixoloji problemlərindən, məntiqi təfəkkürün inkişaf etdirilməsindən söhbət açıb.
Yeni nəşrdə şəxsiyyətin formalaşdırılması məsələləri, uşaqlarda təfəkkürün inkişaf etdirilməsi, fərdi psixoloji xüsusiyyətlərin öyrənilməsi kimi mövzular yer alıb. Kitabda, həmçinin məntiqi və tənqidi təfəkkürün yoxlanılması üçün testlər də verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB