Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların ilk qrupu sabah Vətənə qayıdacaq. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Məlumatda qeyd olunub ki, hazırda zəvvarların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedib.
Sentyabrın 12-də ilk zəvvar qafiləsini gətirəcək təyyarə yola çıxacaq. Zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə saat 16:30-da paytaxtda olacaq. Həmin gün hacıları gətirən daha bir təyyarə reysi həyata keçiriləcək. Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB