Livanda qəzada ölən idmançının cənazəsi Azərbaycana yola salınıb

Livanda qəzada ölən idmançının cənazəsi Azərbaycana yola salınıb

Livanda qəza nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Əliyev Xəzər İntiqam oğlunun cənazəsi Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Həsənova Məlahət müşayiət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə