Polis əhaliyə müraciət etdi

Xəbər verildiyi kimi, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun SİA-ya daxil olan birgə məlumatında bildirilir ki, meyitin baş hissəsinin fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı Şəhər Prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə