Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin təşkilatçılığı ilə gənclərdə mənəvi vətənpərvərlik hisslərinin yüksəldilməsi və alpinizm, dağçılıq idman növünə marağın artırılması istiqamətində “Region gəncləri arasında Climbing Festivalı” keçirilib.
Qurumdan SİA-ya verilən məlumata görə, Mərkəzin nəzdində fəaliyyət göstərən Kəpəz Dağçılıq Klubunun təşəbbüsü ilə ekstrimal sevən gənclər üçün təlim Göygöl rayonunun Qızılca kəndi yaxınlığındakı dağ yamacları və qayalıqlarda təşkil olunub. Gənclər üçün Təhsil Mərkəzi - Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün mübariz ruhda tərbiyə edilməsi istiqamətində yetişdirilməsi məqsədilə region gəncləri üçün ekstrimal idman növləri üzrə qeyri formal təhsili və maarifləndirici tədbirlərin silsilə şəkildə təşkil edəcəklərini vurğulayıb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov gənclərin ekstrimal idman növü üzrə tədbirlərdə hər zaman dəstək olacaqlarını söyləmiş və gənclərə uğurlar arzulayıb. Daha sonra Kəpəz Dağçılıq Klubunun rəhbəri peşəkar alpinist-təlimçi Orxan Emirxanov iştirakçılara alpinizm idman növü haqqında məlumatlandırıb və qayalara dırmanış və eniş qaydaları haqqında təlimatlarla tanış etdikdən sonra festivala start verilib.
Festivalda təşkilat üzvləri ilə yanaşı Samux, Daşkəsən, Göygöl ,Qazax, Tovuz, Şəki ,Gəncə və Bakı şəhərində yaşayan gənclərdən ibarət 30 nəfər ekstrim sevən gənclər iştirak edib. Layihə Kəpəz Dağçılıq İdman Klubunun təşkilatçılığı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Fairex Hava və Ekstrimal İdman növləri Federasiyası, Şəki AMA, Başkənt Gəncə Restoranının texniki dəstəyi ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB