Səlim Müslümov: "Qeyri-formal məşğulluqla bağlı tədbirlər planı hazırlanıb"
Azərbaycanda qeyri-qanuni məşğulluq hallarının qarşısının alınması üzrə tədbirlər planı hazırlanıb. SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, tədbirlər planı artıq Prezident Administrasiyasına göndərilib. Azərbaycanda işsizliyin 5 faiz səviyyəsində olduğunu deyən nazir söyləyib ki, bu ölkənin iqtisadi uğurudur. Nazir bildirib ki, Azərbaycanda iqtisadi inkişaf nəticəsində əhalinin məşğulluq strukturu da dəyişib. Əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb.
S.Müslümov bildirib ki, Azərbaycanda iqtisadi inkişaf əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir: "Azərbaycan son illərdə iqtisadi inkişaf tempinə görə dünyada ön sıralardadır. Son 12 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, 1 milyondan artıq yeni iş yeri yaradılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB