"Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı konfrans keçirilir YENİLƏNİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfransda Baş nazirin müavini Əli Əhmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Məşğulluq siyasəti departamentinin direktoru xanım Azita Berar Avad iştirak edirlər.
Konfransda ilk çıxış edən Səlim Müslümov bildirib ki, qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında yeri artıb: "Azərbaycanda innovativ iqtisadiyyatın əsası Ulu Öndər tərəfindən qoyulub, hazırda bu siyasət uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə ÜDM 3 dəfə artıb".
Tədbir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB