İsrailin Tirat Karmel şəhərinin meri Ariye Talın rəhbərliyi ilə Azərbaycana gələn və ötən gün Şamaxı şəhəri ilə dostluq haqqında müqavilə imzalayan nümayəndə heyəti sentyabrın 6-da İsmayıllıya gəlib. AZƏRTAC xəbər verir ki, qonaqlarla rayon icra hakimiyyətində görüş olub. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllının tarixi, sosial-iqtisadi həyatı barədə məlumat verib.
Ariye Tal iki il bundan əvvəl də İsmayıllıda olduğunu bildirib. O, ötən müddət ərzində şəhərin daha da inkişaf etdiyini, abadlaşdığını vurğulayıb. Bildirib ki, 23 min nəfər əhalisi olan Tirat Karmel şəhəri də İsmayıllıya oxşayır. Xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri var. Biz bu dostluğu Şamaxıda gördük, bu gün də İsmayıllıda şahidi oluruq.
Nümayəndə heyətinin üzvü Saul Siman Tov bildirib ki, onun ulu babası XIX əsrin sonunda Mücüdən Mücühəftərana köçüb. Babası Yəhya məktəb direktoru olub. O, ana vətəninə- İsmayıllıya gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib.
Azərbaycan-İsrail (Azİz) Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak çıxışında deyib ki, növbəti gəlişləri İsmayıllı ilə İsrailin bir şəhəri arasında dostluq və qardaşlıq müqaviləsinin imzalanması ilə əlamətdar olacaq. Səfər çərçivəsində qonaqlar Lahıcda da olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB