Sabiq millət vəkili Aysel Tuğluk vəkil simasında İmralıya - terror təşkilatının rəhbəri ilə görüşə gedib

Sabiq millət vəkili Aysel Tuğluk vəkil simasında İmralıya - terror təşkilatının rəhbəri ilə görüşə gedib
Türkiyənin Demokratik Toplum Partiyasının sədr müavini, DTP-dən olan sabiq millət vəkili Aysel Tuğluk terror təşkilatının rəhbəri Abdullah Öcalanla bu dəfə vəkil sifəti ilə görüşmək üçün İmralıya gedib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ötən həftə hava şəraiti ilə əlaqədar görüşə gedə bilməyən Tuğluk vəkilləri Aydın Oruc və Doğan Erbaşla birgə Türkiyə vaxtı ilə saat 08.50 radələrində Polis Məntəqəsinə gəliblər. Vəkillər bir müddət gözləmək məcburiyyətində qalıblar.

Mətbuat işçilərinin yaxınlaşmasını görən Tuğluk maşından aşağı düşərək açıqlama verməyəcəyini deyib: "Dostlarım, indi heç bir açıqlama verməyəcəm. Sizlərə açıqlamanı axşam, yəni geri qayıtdıqdan sonra verə bilərəm. İndi yalnız onu deyə bilərəm ki, bu görüş xalqlarımız, ölkəmiz üçün əhəmiyyətli görüş ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə