Bakıda ölüm səviyyəsi azalır

2017-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 713 doğulmuş körpə qeydə alınıb. Bakı Şəhər Statistika İdarəsindən SİA-ya verilən məlumata görə, bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib.

Doğulanların 168-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 7701 nəfəri, yəni 52,3%-i oğlan, 7012 nəfəri, yəni 47,7%-i isə qız uşağıdır.

İlin əvvəlindən Bakı şəhərində 6529 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə 6-dan 5,9-a qədər enib.

2017-ci ilin birinci yarısında qeydiyyat şöbələri tərəfindən 6689 nikah və 2420 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6 boşanmaların sayı isə 2,2 olub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə