Özbəkistanla Qırğızıstan arasında əlaqələrin daha da inkişafı məsələləri müzakirə edilib
Özbəkistan prezidenti Şavkat Mirziyayev Qırğızıstanda rəsmi səfərindədir. Şavkat Mirziyayevin Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşündə siyasi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, sərhədyanı regionların qarşılıqlı fəaliyyətinin artırılması, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi və perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
Görüşdə su ehtiyatlarından səmərəli istifadə olunması, Qırğızıstan ərazisindən Çinə dəmir yolunun çəkilməsi məsələləri də diqqət mərkəzində olub.
Tərəflər bu ilin oktyabr ayında Qırğızıstanda Özbəkistan mədəniyyət günləri, gələn il isə Özbəkistanda Qırğızıstan mədəniyyət günlərinin keçirilməsini qərara alıb.
Deyilib ki, Özbəkistanda təxminən 300 min qırğız yaşayır. Onların adət-ənənələrini, mədəniyyətini, dilini qorumaq üçün hər cür şərait yaradılıb, 56 məktəbdə tədris qırğız dilində aparılır.
Görüşün sonunda dövlət başçılarının birgə bəyanatı qəbul edilib, əlaqələrin inkişafı ilə bağlı sənədlər imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB