“İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” adlı beynəlxalq konfrans keçiriləcək

“İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” adlı beynəlxalq konfrans keçiriləcək

19-21 sentyabr 2017-ci il tarixlərində AMEA Dendrologiya İnstitutunda “İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə botanika elminin müxtəlif sahələri üzrə aparıcı alim və mütəxəssislərin məruzələri dinlənəcək.
Konfransın işi “Qlobal dəyişkənliyin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri”, “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” bölmələri üzrə təşkil olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə