Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İB növbəti tədbirini keçirib – FOTOLAR
Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində tədbir keçirib.
İctimai Birliyin təşkilatçılığı ilə Binəqədi rayonunda keçirilən tədbirdə Bakının müxtəlif rayonlarını təmsil edən müharibə veteranları iştirak ediblər. Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyev çıxış edərək bildirib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir.
R.Ağamalıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb: “Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial proqram Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına daimi diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Xüsusən də, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı həmin şəxslərin yeni mənzillərlə təminatında mühüm addımların atılmasına imkan yaradıb”.
İctimai Birliyin sədri bildirib ki, bütün bunlara baxmayaraq şəhid ailələri, müharibə veteranları və əlillərin bir sıra problemləri hələ də qalmaqdadır: Təşkilatımıza edilən müraciətlər əsasında onu demək olar ki, bugün şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılmağına baxmayaraq hələ də bu təbəqədən olan insanların mənzil, təhsil, və digər sosial problemləri var. Sözügedən təbəqəyə aid olanlar mənzil almaları üçün lazım olan sənədlərin toplanması və siyahıya düşmək üçün hansı aidiyyatı quruma müraciət etməli olduğunu bilmir. Təhsil və digər sosial problemlər qarşısında aciz qalıblar”.
Sədr bildirib ki, layihə çərçivəsində SOSİALXƏBƏR.AZ saytında şəhid ailələri, müharibə veteranları və bu təbəqədən olan vətəndaşlarımızın maarifləndirilməsi məqsədi ilə xüsusi bölmə yaradılıb. O bölmədə sözügedən təbəqəyə aid olan bütün hüquqi-normativ sənədlər yerləşdirilib. Həmçinin qaynar xətt də fəaliyyət göstərir ki, bu qaynar xətt vasitəsi ilə istənilən şəxs müracit edə və qarşılaşdığı problemlərlə bağlı ətraflı məlumat ala bilərlər.
Daha sonra çıxış edən müharibə veteranları dövlət başçısının veteranların sosial problemlərinin həlli ilə bağlı verdiyi sərəncamların, qərarların hər kəsin ürəyincə olduğunu bildiriblər.
Tədbir mövzu ətrafında diskussiyalarla davam edib.















Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB